Xaricdə doktorantura üzrə oxuyan Azərbaycan vətəndaşlarının


Digərləri 15 Noy 2019 12:34:00 261 0

Xaricdə doktorantura üzrə oxuyan Azərbaycan vətəndaşlarının

Nazirlər Kabineti "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı" çərçivəsində Azərbaycan Respublikası vətəndaşlarının nüfuzlu xarici ali təhsil müəssisələrində doktorantura səviyyəsi üzrə təhsilinin maliyyələşdirilməsi qaydaları"nı təsdiqləyib.

Son.az Trend-ə isinadən xəbər verir ki, qaydalara əsasən, Dövlət Proqramı çərçivəsində xarici ali təhsil müəssisələrində doktorantura səviyyəsi üzrə təhsili maliyyələşdirilən Azərbaycan Respublikası vətəndaşlarının (bundan sonra - proqram iştirakçıları) seçimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi seçim meyarları və prosedurları əsasında həyata keçirilir.

Proqram iştirakçılarının təhsilinin maliyyələşdirilməsi Təhsil Nazirliyi, proqram iştirakçısı və təhsili başa çatdıqdan sonra proqram iştirakçısı ilə əmək müqaviləsi bağlamağa razılıq vermiş Azərbaycanın ali təhsil müəssisəsi arasında bağlanılan müqaviləsasında həyata keçirilir. Proqram iştirakçılarının təhsilinin maliyyələşdirilməsi üçün vəsaitlər Nazirliyin təqdim etdiyi sifarişlər əsasında maliyyələşdirən qurum tərəfindən xarici valyuta ilə və ya sifarişin rəsmiləşdirildiyi tarixə Mərkəzi Bankının müəyyən etdiyi rəsmi məzənnəyə uyğun Azərbaycan manatı ilə İdarəetmə Qrupunun xəzinə hesabına köçürülür.

Proqram iştirakçılarının təhsilinin maliyyələşdirilməsi proqram iştirakçılarının təhsil, viza və təhsil aldığı ölkədə qeydiyyat, aylıq yaşayış, tibbi sığorta, beynəlxalq nəqliyyat xərclərini əhatə edir. Beynəlxalq nəqliyyat xərclərinə proqram iştirakçısının hər tədris ili üçün bir dəfə təhsil aldığı ölkəyə gedişi və Azərbaycana gəlişi üçün təyyarə ("ekonom-sinif" üzrə bir baqaj ödənilməklə) və ya beynəlxalq reyslər üzrə digər ictimai nəqliyyat vasitəsi biletinin qiyməti aiddir. Təhsil müddəti uzadıldıqda, təhsilin maliyyələşdirilməsi 1 ildən artıq olmayan müddətdə həyata keçirilir. 3.2. Akademik məzuniyyətdə olan dövrdə proqram iştirakçısının xərcləri maliyyələşdirilmir.