65 nəfər əlilliyi olan şəxsə reabilitasiya vasitələri yaşadıqları rayonda təqdim edildi (FOTO)


Digərləri 15 Noy 2019 13:22:00 315 0

65 nəfər əlilliyi olan şəxsə reabilitasiya vasitələri yaşadıqları rayonda təqdim edildi (FOTO)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzi bölgələrdə səyyar formada protez-ortopedik xidmətlərini davam etdirir.

Bakı. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzi bölgələrdə səyyar formada protez-ortopedik xidmətlərini davam etdirir. Nazirlikdən Trend-ə verilən məlumata görə, Mərkəz tərəfindən Qobustan, Şamaxı İsmayıllı, Qəbələ, Oğuz rayonlarında yaşayan 65 nəfər əlilliyi olan şəxsə ehtiyac duyduqları reabilitasiya vasitələri həmin rayonlara aparılaraq təqdim edilib. Onlar ehtiyaclarına uyğun olaraq 6 əlil arabası, 72 cüt protez və ortopedik ayaqqabı, 6 ədəd aşağı ətraf və yuxarı ətraf tutoru-ortezi, habelə aparat–ortezi ilə təmin olunublar. Həmçinin qeyd edilən şəxslərə 49 ədəd əsa, 41 cüt dirsəkaltı və qoltuqaltı ağac, 1 ədəd bandaj, 61 ədəd güdül üçün corab və dizlik, yara əleyhinə 6 ədəd döşəkcə, 20 ədəd dartıcı elastik boru, 72 ədəd rezin ucluq verilib.