Bakıda zəncirvari qəza, 3 avtomobil birbirinə çırpıldı


Digərləri 15 Noy 2019 13:17:00 260 0

Bakıda zəncirvari qəza, 3 avtomobil birbirinə çırpıldı

Bakıda zəncirvari yol qəzası baş verib.

Son.az Trend-ə istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu, Balaxanı qəsəbəsində qeydə alınıb.

Qəsəbə ərazisindəki "Qəsr" Yaşayış Kompleksinin qarşısında hərəkətdə olan "Mercedes" markalı avtomobil qarşıdan gələn avtomobillə toqquşaraq yolun kənarındakı tikiliyə çırpılıb. Hadisə nəticəsində hərəkətdə olan "VAZ 2107" markalı avtomobil isə hər iki avtomobilə çırpılıb.

Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.