"Çarlinin mələkləri" Park Cinemada


Digərləri 15 Noy 2019 12:39:00 264 0

"Çarlinin mələkləri" Park Cinemada

Ötən gün "Park cinema" kinoteatrlar şəbəkəsinin Park Bulvar alış-veriş mərkəzində yerləşən filialında "Çarlinin mələkləri" filminin qapalı nümayişi keçirilib.

Son.az bildirir ki, təqdimatda yerli tanınmışlar, bloqer, model və media nümayəndələri iştirak ediblər. Furşet və şou ilə başlayan tədbir maraqlı anlarla yadda qalıb.

"Çarlinin mələkləri" filminin ssenarisi 1970-ci illərdə ABŞ-da yayımlanan eyniadlı serialdan götürülüb. 2019-cu ildə çəkilən filmi həmin kinonun 3-cü hissəsi hesab etmək olar.

Macəra-komediya janrında olan filmin rejissoru Elizabeth Banks-dır. Ekran işinin baş rollarına məşhur aktrisalardan Kristen Stewart, Naomi Scott və Ella Balinska çəkilib. Onlar döyüş səhnələri və açıq-saçıq geyimləri ilə film boyunca bütün diqqətləri öz üzərlərinə toplayıblar.

2 gün bundan əvvəl ABŞ-da premyerası olan filmin çəkilişi üçün 55 milyon dollar pul xərclənib. Filmdə bir neçə avtomobil və saat markası aşkar şəkildə reklam edilib.

"Sony" şirkətinin istehsalı olan kino 2 saata yaxın davam edir. Film Hanburq, Berlin, İstanbul kimi məşhur şəhərlərdə çəkilib. Dronla edilən çəkilişlərdə həmin şəhərlərin gəzməli-görməli yerləri təqdim olunub. Kinoda türk mahnısından da istifadə edilib.

(adsgarden = window.adsgarden || []).push({});