Ağdaşda qadın əməliyyatdan sonra öldü


Digərləri 15 Noy 2019 10:39:00 283 0

Ağdaşda qadın əməliyyatdan sonra öldü

Ağdaşda qadın əməliyyatdan sonra ölüb.

Son.az APA-ya istinadən xəbər verir ki, hadisə Ağdaş Mərkəzi Rayon Xəstəxanasında qeydə alınıb. Rayon sakini, 1981-ci il təvəllüdlü Sevda Firuz qızı Musayevanın üzərində uşaqlığın götürülməsi əməliyyatı aparılıb. Əməliyyatdan sonra qadının səhhəti pisləşib və o, dünyasını dəyişib.

Faktla bağlı Ağdaş rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.