Xiaomi Mi Watch ağıllı saatlarının avtonomluğu hər kəsdə xoş təəccüb yaratdı


Digərləri 15 Noy 2019 08:21:00 396 0

Xiaomi Mi Watch ağıllı saatlarının avtonomluğu hər kəsdə xoş təəccüb yaratdı

Yeni ağıllı Xiaomi Mi Watch saatları Wear əməliyyat sistemi dəstəyini alıb.

Son.az ted.az-a istinadən bildirir ki, qacetin rəsmi premyerası zamanı cihazın yeni Snapdragon Wear 3100 prosessorunda fəaliyyət göstərdiyi qeyd edilib. Bu xüsusiyyət sayəsində cihazın avtonomluğunun 57 saata yaxın işləyə biləcək qədər artmasına nail olmaq mümkünləşib.

Maraqlıdır ki, əvvəlcə ekspertlər top prosessorun tətbiqi nəzərə alınmaqla, avtonomluq səviyyəsinin 36 saatla məhdudlaşacağını proqnozlaşdırırdılar, lakin real nəticə daha yaxşı alınıb. Beləliklə, ağıllı saatların daha optimallaşdırılmış işi ilə Xiaomi Mi Watch 60 saata qədər avtonomluq əldə edə biləcək. Xatırladaq ki, cihaz minimum komplektləşmədə 175 dollardan başlayan qiymətlə bazara çıxarılır.

(adsgarden = window.adsgarden || []).push({});