NATO ölkələri 5 ədəd "Global Hawk" dronu alıb


Dünya 15 Noy 2019 08:28:00 417 0

NATO ölkələri 5 ədəd "Global Hawk" dronu alıb

NATO ölkələri 5 ədəd "Global Hawk" pilotsuz uçuş aparatı alıblar.

Son.az Trend-ə istinadən bildirir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq Vaşinqtonda sənaye forumunda çıxış edərkən deyib.

Baş katibin sözlərinə görə, əldə edilən 5 pilotsuz uçuş aparatı yaxın zamanda İtaliyanın Siqonelle bazasından havaya qalxmağa başlayacaqlar.