Bakıda 18 mərtəbəli binada baş vermiş yanğın zamanı 6 mənzil yanıb,


Digərləri 15 Noy 2019 06:37:00 290 0

Bakıda 18 mərtəbəli binada baş vermiş yanğın zamanı 6 mənzil yanıb,

07:15

Bakıda çoxmərtəbəli binanın damında baş verən yanğın söndürülüb.

Fövqəladə Hallar Nazirliyindən Son.az-averilən məlumata görə, Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi 16 ünvanında çoxmərtəbəli yaşayış binasının dam örtüyündə baş vermiş yanğın Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Əlavə məlumat veriləcək.​

Qeyd edək ki, yanğın zamanı bina sakinləri təhlükəsiz əraziyə təxliyə olunub. İlkin məlumata əsasən, yanğın zamanı 10 nəfər tüstüdən zəhərlənib. Onlardan 4 nəfərə yerində ilkin tibbi yardım göstərilib, 6 nəfər Respublika Toksikologiya Mərkəzinə aparılıb.

* * *

05:16

Bakının Xətai rayonu, Neapol küçəsi 16 ünvanında yerləşən 18 mərtəbəli binada baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Son.az APA-ya istinadən xəbər verir ki, bunu FHN-in Dövlət Yanğından Mühafizə Qərargahının rəisi Əkbər Novruzov müsahibəsində bildirib.

Onun sözlərinə görə, ikibloklu binanın mansardasında baş vermiş yanğının sahəsi 180-200 kv/m sahəni əhatə edib: "18-ci mərtəbədə yerləşən 6 mənzildən dördünün mansardası 20 kv/m, 2 mənzilin isə həm mansardası, həm də daxilindəki yanar konstruksiyaları 60 kv/m sahədə yanıb. Eyni zamanda, binanın 1-ci mərtəbəsindən 60-cı mərtəbəsinə qədər elektrik şaxtasında kabellər 60 p.m. sahədə yanıb. Yanğın tam söndürülüb. Yanğının söndürülməsinə 2-ci dərəcəli çağırış elan olunub, 15 yanğınsöndürən maşın və 60-dan çox şəxsi heyət cəlb olunub. Elektrik şaxtasında elektrik xətlərinin yüklənməsi nəticəsində yanğının baş verdiyi ehtimal olunur. Nəticədə yanğın mansardaya yayılıb. Xəsarət alan olmayıb".

***

04:47

(adsgarden = window.adsgarden || []).push({});