Azərbaycan nefti ucuzlaşır


Digərləri 14 Noy 2019 23:30:00 270 0

Azərbaycan nefti ucuzlaşır

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 13-də 67,43 dollar/barel təşkil edib

Bakı. CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 13-də 67,43 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,11 dollar/barel azdır. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib. FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 66,32 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,33 dollar/barel azdır. Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 61,93 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,2 dollar/barel azdır.