Azərbaycanda uşaqlarda virtual autizm yayılır


Digərləri 14 Noy 2019 23:05:00 348 0

Azərbaycanda uşaqlarda virtual autizm yayılır

Artıq Avropa və Amerikada aparılan tədqiqatlar müasir uşaqlarda ildən-ilə artan Virtual Autizm sindromunun səbəbinin planşetlər, televizor və telefon olduğunu təsdiqləyir. Rusiyanın məşhur pediatrı Komarovskiy öz bloqunda valideynlərə çağırış edib.

" 2 yaşına kimi uşaqları telefon və planşetdən uzaq tutun".

3-6 yaşlı uşaqların isə virtual reallıqda olma müddəti gündə 1-2 saatdan artıq olmamalıdır. Yalnız 6 yaşından sonra uşaqlara elektron cihazlarda proqramlara baxmaq icazə verilə bilər.

Son.az medicina.az-a istinadən bildirir ki, Rumıniya Autist uşaqlar Mərkəzi apardıqları araşdırmalarla sübut edib ki, 90% uşaqlarda 2-3 yaşında autistik pozğunluqların baş verməsi faktoru işə düşür. Gündə 4-5 saat televizor və planşetə baxan uşaqlarda virtual autizm inkişaf edir. Psixoloq Marius Zamfir öz araşdırması barədə danışarkən bunları qeyd edib:

"Gündə 4-5 saat ekran qarşısında əyləşdirilən körpələrdə psixomotor və danışıq funksiyasında tormozlanma və geriləmə müşahidə olunub. Ekran qarşısında keçirilən hər artıq saat ciddi əqli geriləmə və autizmə bir addım yaxınlaşmaq deməkdir. Klassik autizmlə virtual autizmi fərqləndirmək çətindir: hər ikisində uşağın ətrafa uyuşması çətinləşir, bir yerə baxma, eyni sözləri təkrarlama, oynadığl oyun və baxdığı cizgi filmlərinin personajlarının sözlərini, hərəkətlərini təkrarlama olur. Bİrcə fərq var: klassik autizmdə bioloji nevroloji geridə qalma faktı var, digərində virtual reallıqdan qaynaqlanan neyroinkişafın geriləməsi baş verir. Bioloji pozuntuda sinapslar demək olar bərpa olunmur, virtual autizmdə uşağı vaxtında virtuallıqdan ayırıb, neyronları stimulyasiya etməklə bərpa etmək şansı var.

(adsgarden = window.adsgarden || []).push({});