Türkiyə “Patriot”ları ala bilər, amma S400ü də alacaq


Dünya 14 Noy 2019 21:26:00 269 0

Türkiyə “Patriot”ları ala bilər, amma S400ü də alacaq

Türkiyə ABŞ-ın S-400 zenit-raket komplekslərindən imtina etmək barədə tələbini suveren hüquqlarının pozulması hesab edir.

Türkiyənin NTV telekanalı xəbər verir ki, bu barədə Rəcəb Tayyib Ərdoğan Vaşinqtonda amerikalı həmkarı Donald Tramp ilə görüşünün nəticələrini şərh edərkən bildirib.

"S-400 zenit-raket komplekslərindən tam imtina edərək ABŞ-ın "Patriot" sisteminə keçilməsi tələbini doğru saymırıq. Biz "Patriot" sistemini ala biləcəyimizi və onları alarkən S-400 komplekslərindən imtina etməyəcəyimizi demişik. Bu, bizim suveren hüququmuzdur", - Türkiyə Prezidenti Vaşinqtondan qayıdarkən təyyarədə jurnalistlərin bununla bağlı suallarını belə cavablandırıb.

Son.az virtualaz.org-a istinadən bildirir ki, Rəcəb Tayyib Ərdoğan ümumilikdə ABŞ-a səfərinin müsbət keçdiyini və mövcud fikir ayrılıqlarının yoluna qoyulması üçün dialoqun vacibliyini vurğulayıb.

"Biz F-35 qırıcı təyyarələrinin çatdırılması üzrə müsbət nəticəyə nail olmaq istəyirik. Lakin mən bu dəfə Donald Trampın bu mövzuya yanaşmasının daha müsbət və konstruktiv olduğunu gördüm", - deyə Türkiyə lideri əlavə edib.