Belarus rus bazasından imtina etdi: “Su”lar gətirdi


Dünya 14 Noy 2019 20:58:00 346 0

Belarus rus bazasından imtina etdi: “Su”lar gətirdi

Belarus ərazisində Rusiya bazası yerləşdirmək yerinə, Su-30 SM qırıcıları almaq qərarı qəbul edib.

Son.az Axar.az-a istinadən xəbər verir ki, bunu Belarus Təhlükəsizlik Şurasının rəhbəri Stanislav Zas deyib.

"Rusiya ərazimizdə öz hərbi hava bazasını yerləşdirməyi təklif etmişdi. Belarus ərazisində Rusiya hərbi bazasının yerləşməsi bizim döyüş aviasiyamızın inkişafı problemini həll etməyəcəkdi. Buna görə də öz imkanlarımıza güvənməli olduq", - deyə o bildirib.