Türkiyə amerikalı İslam Dövləti üzvünü ABŞa təhvil verib


Dünya 14 Noy 2019 21:18:00 315 0

Türkiyə amerikalı İslam Dövləti üzvünü ABŞa təhvil verib

Cümə axşamı Türkiyə hökumətinin yaydığı məlumatda Amerika vətəndaşı, İslam Dövlətinin üzvü olmaqda şübhəli bilənən şəxsi ABŞ-a deportasiya etdiyini bildirib.

Son.az "Amerikanın səsi"nə istinadən bildirir ki, Türkyə Daxili İşlər Nazirliyi bildirib ki, 39 yaşlı Məhəmməd Dərviş B (Mohammad Darwis B) Türkiyə ilə Yunanıstan arasındakı neytral zonada bir neçə gün qaldıqdan sonra ölkəsinə geri göndərilib.

Nazirlik əlavə edib ki, Amerika ilk əvvəl onu qəbul etməkdən imtina etsə də, sonradan geri qaytarılmasına razılıq verib.

Məhəmməd Dərvişin ekstradisiyası çərşənbə günü Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Donald Trampın Vaşinqtondakı görüşündən sonra həyata keçirilib.