Almaniyadan 11 Azərbaycan vətəndaşı deportasiya edildi


Dünya 14 Noy 2019 21:02:00 244 0

Almaniyadan 11 Azərbaycan vətəndaşı deportasiya edildi

Son iki gündə Almaniyadan 11 Azərbaycan vətəndaşı deportasiya edilib.

Son.az bildirir ki, onlar Almaniyanın Şimali Reyn Vestfaliya əyalətinin Geseke şəhərində yaşayan Əfran və Ülviyyə Mütəllimovalar, Axen şəhərindən Toğrul Məmmədov, Hamm şəhərindən Azər Əliyev həyat yoldaşı və iki uşağı ilə, Bavariya əyalətindən isə İmran Davudov, Ülviyyə Davudova və onların övladları - 11 yaşlı Fatimə və 9 yaşlı Binnət Davudovalardır.

Azərbaycan vətəndaşları Bayroyt və Düsseldorf hava limanlarından transfer uçuş vasitəsilə Azərbaycana deportasiya ediliblər.