İstintaqdan altı il gizlənən azərbaycanlı hakim qarşısında


Dünya 14 Noy 2019 19:39:00 260 0

İstintaqdan altı il gizlənən azərbaycanlı hakim qarşısında

Altı il əvvəl Rusiyanın Nieqorod vilayətinin Pavlovo şəhərində 35 yaşlı kişini qətlə yetirən azərbaycanlının işi üzrə araşdırma başa çatıb. 

Son.az oxu.az-a istinadən xəbər verir ki, 2013-cü ilin dekabrında qida bazasında azərbaycanlı işə sərxoş gələn şəhər sakinini döyüb. 

Ağır xəsarətlərlə xəstəxanaya çatdırılan şəxsin həyatını xilas etmək mümkün olmayıb. Hadisəni törədən azərbaycanlı isə Rusiya ərazisini tərk edib. 

Axtarışda olan şəxs 2019-cu ilin iyulunda ələ keçib və əməlini etiraf edib.