Qızılınız evdə yatmasın!


Digərləri 14 Noy 2019 19:30:00 265 0

Qızılınız evdə yatmasın!

Bank tərəfindən girova götürülən qızıl yüksək dəyərləndirilir.

Bakı. Son zamanlar müştərilərin qızıl təminatı əsasında verilən kreditlərə marağı xüsusi olaraq artmışdır. “Expressbank”dan Trend-ə verilən məlumata görə, qızıl girovu ilə əldə edilən kredit müştərilərə qızıl-zinət əşyalarını Expressbank-ın təhlükəsiz seyflərində saxlanmağa və eyni zamanda əlavə sənəd tələb olunmadan, tək şəxsiyyət vəsiqəsi ilə pul kreditini rəsmiləşdirməyə imkan verir. Bank tərəfindən girova götürülən qızıl yüksək dəyərləndirilir və tam etibarlı şəkildə qorunub-saxlanılaraq, kredit ödənildikdən sonra öz sahibinə qaytarılır. Bu növ kredit müştərilərə öz zinət əşyalarını itirmədən, təcili pul lazım olarsa kredit əldə etmək üçün düşünülmüşdür. Belə ki, müştərilər qızıl girovu əsasında Bankda 15000 AZN-dək 24 ayadək olan müddətə pul kreditini rəsmiləşdirə bilərlər. Daha ətraflı məlumat əldə etmək üçün https://www.expressbank.az/loans/loans-secured-by-gold linkdən yararlanmaq mümkündür. “Expressbank” kreditlərin rahat ödəmə vasitələrini də təqdim edir. Müştərilər Expresspay ödəniş terminalları və www.expressbank.az saytında şəxsi kabinet vasitəsi ilə kreditlərini ödəyə bilərlər.