Tramp Ərdoğana: “Sizin böyük fanatınızam”


Dünya 14 Noy 2019 19:29:00 232 0

Tramp Ərdoğana: “Sizin böyük fanatınızam”

ABŞ Prezidenti Donald Tramp etiraf edib ki, Türkiyə Cümhuriyyətinin lideri Rəcəb Tayyip Ərdoğanın böyük fanatıdır. 

Son.az oxu.az-a istinadən xəbər verir ki, iki ölkə rəhbəri Ağ Evdə görüşərək, birgə mətbuat konfransı keçiriblər. 

"Mən sizin böyük fanatınızam", - Tramp Ərdoğana xitabən bildirib.   Öz növbəsində, Türkiyə lideri bildirib ki, görüşdən çox məmnundur və Trampı "əziz dost" adlandırıb.