Zərdabda 5 kqdan artıq marixuana aşkarlandı


Digərləri 14 Noy 2019 16:34:00 282 0

Zərdabda 5 kqdan artıq marixuana aşkarlandı

Zərdabda 5 kq-dan artıq marixuana aşkarlanıb.

Daxili İşlər Nazirliyindən Son.az-a verilən məlumata görə, Zərdab RPŞ əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sarıqaya kənd sakini M.Şükürovun evinin həyətindən 4 kiloqram 785 qram, Məlikli kənd sakini S.Qədirovun evindən isə 481 qramdan artıq marixuana aşkar edilərək götürülüb.