Azərbaycanda tanınmış şair vəfat etdi


Digərləri 14 Noy 2019 15:32:00 311 0

Azərbaycanda tanınmış şair vəfat etdi

Şair Şamxal Rüstəm vəfat edib.

Son.az Teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə şairin dostları sosial şəbəkədə məlumat paylaşıblar.

Şamxal Rüstəm 1952-ci ildə Şəmkir rayonunda anadan olub. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Bir müddət Azərbaycan radiosunda fəaliyyət göstərib.

İlk şeirləri 70-ci illərdə çap olunub və maraqla qarşılanıb.