Bu gecə Almaniyadan xeyli azərbaycanlı "siyasi mühacir"in deport olunacağı gözlənilir


Digərləri 14 Noy 2019 15:18:00 275 0

Bu gecə Almaniyadan xeyli azərbaycanlı "siyasi mühacir"in deport olunacağı gözlənilir

Bu gecə Almaniyadan, əsasən, Bavariya torpağından xeyli azərbaycanlı "siyasi mühacir" deport olunacaq.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə informasiya sosial şəbəkələrdə yayılıb.

Əsasən də Müsavat Partiyasının sənədi ilə müraciət edənlərin deport ediləcəyi deyilir.

Qeyd edək ki, Almaniyanın hüquq-mühafizə orqanları Azərbaycanın Müsavat Partiyasının keçmiş üzvlərini saxlayıb. Cinayətkar şəbəkəyə daxil olan 7 nəfər həbs edilib.

Cinayətkar dəstənin saxlanılan üzvləri barəsində yerli federal məhkəmələr tərəfindən 6 ay müddətinə həbs qətimkan tədbiri seçilib.