"650 min ağacın əkiləcyi ərazilərin xəritələnməsi həyata keçirilib"


Digərləri 14 Noy 2019 14:10:00 286 0

"650 min ağacın əkiləcyi ərazilərin xəritələnməsi həyata keçirilib"

"Nəsimi ili" ilə əlaqədar bir gündə 650 min ağacın əkilməsi təşəbbüsü çərçivəsində əkin aparılacaq ərazilərin xəritələnməsi həyata keçirilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev "Caspian Ecology" - 10-cu Yubiley Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisinin açılış mərasimində çıxış edərkən deyib.

Onun sözlərinə görə, monitorinq qrupları xəritə vasitəsilə həmin ərazilərə baxış keçirəcəklər:

"Bundan başqa, payız mövsümü ərzində 1000 hektar ərazidə meşə salınacaq. Həmçinin yayda meşə yanğınına məruz qalmış əraziləri payız əkin mövsümündə bərpa etməyi nəzərdə tutmusuq. Burada çəpərlər çəkiləcək, meşələrdəki toxumlardan yanmış və yenidən bərpa olunmuş ərazilərə səpiləcək".

Nazir müavini əlavə edib ki, Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisinin keçirildiyi 10 il ərzində bu sərgidə 500-dən artıq şirkət iştirak edib.