“III Robot Olimpiadası”nın qalibləri ölkəmizi “Dünya Robot Olimpiadası”nda təmsil edib (FOTO)


Digərləri 14 Noy 2019 12:54:00 416 0

“III Robot Olimpiadası”nın qalibləri ölkəmizi “Dünya Robot Olimpiadası”nda təmsil edib (FOTO)

Heydər Əliyev Mərkəzində "İnnoFest – İnnovasiya Festivalı" çərçivəsində keçirilən “III Robot Olimpiadası”nın qalibləri Macarıstanın Gyor şəhərində “Dünya Robot Olimpiadası”nda ölkəmizi təmsil edib.

Bakı. Heydər Əliyev Mərkəzində "İnnoFest – İnnovasiya Festivalı" çərçivəsində keçirilən “III Robot Olimpiadası”nın qalibləri Macarıstanın Gyor şəhərində “Dünya Robot Olimpiadası”nda ölkəmizi təmsil edib. 73 ölkədən 450 komandanın iştırak etdiyi turnirə Bakı Modern Təhsil Kompleksi 13-15 yaş üzrə Azərbaycan Regular junior kateqoriyası, Xəzər Universiteti 16-19 yaş üzrə Regular Senior kateqoriyası və Bakı Ali Neft Məktəbi 16-19 yaş üzrə Open Senior kateqoriyasından ibarət 3 komanda ilə qoşulub. Bakı Modern Təhsil Kompleksi 96 komanda arasında 76-cı yerə, Xəzər Universiteti 83 komanda arasında 33-cü yerə və Bakı Ali Neft Məktəbi 34 komanda arasında 15-ci yerə layiq görülüb.