Bakıda 300-ə yaxın bina istilik sisteminə tam qoşulmayıb


Digərləri 14 Noy 2019 11:54:00 222 0

Bakıda 300-ə yaxın bina istilik sisteminə tam qoşulmayıb

Bakı şəhərində bütün binaların istiliklə təminatı tam mümkün deyil.

Bakı. Samir Əli - Bakı şəhərində bütün binaların istiliklə təminatı tam mümkün deyil. Paytaxtda 300-ə yaxın bina istilik sisteminə tam qoşulmayıb. Trend-in məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında "Azəristiliktəchizat" ASC-nin sədrinin müavini İlham Mirzəliyev deyib. Onun sözlərinə görə, bunlar, əsasən mülkiyyətçilərə məxsus binalarda istilik sistemləri ilə bağlı olan problemlərdir: "Digərləri bir sıra texniki problemlərlə bağlıdır. Problemlərin aradan qaldırılması ilə bağlı müvafiq icra hakimiyyəti orqanları ilə tədbirlər görülməkdədir".