Tanınmış aktrisa üçüncü dəfə ərə gedir


Digərləri 14 Noy 2019 09:55:00 300 0

Tanınmış aktrisa üçüncü dəfə ərə gedir

Məşhur aktrisa Anna Faris üçüncü dəfə nikah masasında oturmağa hazırlaşır.

Son.az axşam.az-a istinadən bildirir ki, kinoulduzunun operator Maykl Barretlə nişanlanıb. Bu günlərdə cütlük paparazzilərin hədəfinə tuş gəlib. 42 yaşlı aktrisanın barmağındakı tək qaşlı brilyant üzüyü nəzərlərdən yayınmayıb. Müxbirlər cütlüyü nişanlamaları münasibətilə təbrik etdikdə isə onlar təşəkkür etməklə kifayətləniblər.

Qeyd edək ki, bu aktrisanın üçüncü evliliyi olacaq. Onun ikinci evliliyindən bir övladı var.

(adsgarden = window.adsgarden || []).push({});