Azərbaycanda yaşıllıqların götürülməsi qaydası dəyişilib


Digərləri 14 Noy 2019 09:58:32 383 0

Azərbaycanda yaşıllıqların götürülməsi qaydası dəyişilib

Nazirlər Kabineti “Yaşıllıqların götürülməsi Qaydası”nda dəyişiklik edib.

Bakı. İlhamə İsabalayeva – Nazirlər Kabineti (NK) “Yaşıllıqların götürülməsi Qaydası”nda dəyişiklik edib. Trend-in məlumatına görə, qaydaların indiyədək mövcud olan variantına görə, yaşıllıqların götürülməsinə yol verilən hallardan biri şəhərsalma və ətraf mühitə təsirin qiymətləndirilməsi sənədlərində nəzərdə tutulan, dövlət ekoloji ekspertizasının müsbət rəyi olan layihələrin həyata keçirilməsi idi. NK-nın yeni qərarı ilə həmin maddə yeni variantda verilib.