ABŞ senatı Ərdoğanla görüşdən sonra “erməni soyqırımı” ilə bağlı qətnaməni bloklayıb


Dünya 14 Noy 2019 09:15:00 330 0

ABŞ senatı Ərdoğanla görüşdən sonra “erməni soyqırımı” ilə bağlı qətnaməni bloklayıb

Respublikaçı senator Lindsi Qrem çərşənbə günü Senatın Osmanlı İmperiyasında bir əsrdən əvvəl "erməni soyqırımını" tanıyan qətnamənin qəbul etməsinin əleyhinə olduğunu bildirib.

Son.az APA-ya istinadən xəbər verir ki, senator Grem qətnamənin qəbulunu bloklamaq hüququndan istifadə edib.

"Mən Ərdoğan və Trampla görüşdüm və Türkiyə ilə Suriyada qarşılaşdığımız problemlərdən danışdıq. Ümid edirəm ki, Türkiyə ilə Ermənistan aralarındakı sözügedən problemi birlikdə həll edər", - senator əlavə edib.

Trampın yaxın müttəfiqi hesab olunan Grem senatorlara xitabən "tarixin yenidən yazmağın lazımsız olduğunu" bildirib.