Dünyada internetdən kişilər çox istifadə edir, yoxsa qadınlar?


Digərləri 14 Noy 2019 07:11:00 297 0

Dünyada internetdən kişilər çox istifadə edir, yoxsa qadınlar?

Bugün dünya əhalisinin 50%-dən çoxu internetdən istifadə edir və əhalinin 96%-i mobil rabitənin əhatə zonasında yaşayır.

BMT-nin rəqəmli inkişaf haqqında yeni araşdırmasına görə, dünyada heç də hamı internetin üstünlüklərindən istifadə edə bilmir.

Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) son məlumatına görə, indi dünyada kişilərin 58%-i və qadınların 48%-i internetdən istifadə edir. Mobil rabitədə də oxşar vəziyyətdir. Ancaq məlumatları təqdim etmiş 84 ölkədən 24-də mobil rabitədən istifadə edən qadın və kişilərin nisbəti bərabərdir, bəzi ölkələrdə isə qadınların sayı üstünlük təşkil edir. Çilidə mobil rabitədən istifadə edən qadınların sayı kişilərə nisbətən 12% çoxdur.

Ümumilikdə hazırda dünya əhalisinin 96%-i səyyar mobil rabitə siqnalının, 93%-i isə "3G" və ya sonrakı nəsil şəbəkələrinin əhatə zonasında yaşayır. Şimali və Cənubi Amerika, Asiya-Sakit okean regionu və Avropada sonuncu göstərici 95%-dən yuxarı, Ərəb ölkələrində 91%, MDB-də 88% və Afrikada 79% təşkil edir.

Hesabat müəlliflərinin məlumatına görə, indi dünya əhalisinin 50%-dən çoxu (4,1 milyard) internetdən istifadə edir. 3,6 milyard nəfər "Ümumdünya Hörümçək Toru"na qoşulmayıb. Onların əksəriyyəti az inkişaf etmiş ölkələrdə yaşayır. Belə ölkələrdə 10 nəfərdən 2-si internet istifadə etmək imkanına malikdir.

(adsgarden = window.adsgarden || []).push({});