Veypinqlə bağlı problem səbəbindən yeniyetmə üzərində iki ağciyər transplantasiyası aparılıb


Digərləri 13 Noy 2019 23:07:00 234 0

Veypinqlə bağlı problem səbəbindən yeniyetmə üzərində iki ağciyər transplantasiyası aparılıb

Miçiqandan olan yeniyetmə veypinqlə (elektron siqaretçəkmə) bağlı xəstəlik ucbatından üzərində iki ağciyər transplantasiyası edilən ilk insandır.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, əməliyyatı həyata keçirən həkimlər 17 yaşlı oğlanın veypinq üçün məhsulları xəstəliyə tutulmamışdan əvvəl yaxud sonra istifadə etməsi barədə şərh verməyiblər. Lakin onlar qeyd ediblər ki, insanlar bu məhsullardan istifadəni dayandırmalıdırlar.

Yeniyetmənin ailəsi onun adının açıqlanmamasına qərar verib. Ailənin bəyanatında deyilir ki, o, adi həyat tərzi olan - məktəbə gedən, dostları ilə ünsiyyət quran, üzgüçülüklə məşğul olan və videooyunlar oynayan tamamilə sağlam idmançıdan intubasiyaya və iki yeni ağciyərə malik, qarşıda onu çətin bərpa prosesi gözləyən pasiyentə çevrilib.

Yeniyetmə sentyabrın əvvəlində pnevmoniya diaqnozu ilə xəstəxanaya yatırılıb. Bundan sonra halı pisləşən kimi Miçiqan ştatının uşaq xəstəxanasına keçirilib, orada o, ekstrakorporal membran oksigenasiya aparatına qoşulub. Bu aparat xəstənin qanını dövr etdirərək onu oksigenlə zənginləşdirir, ürəyə və ağciyərlərə dincəlmə imkanı verir.

(adsgarden = window.adsgarden || []).push({});