Əti əvəz edən göbələyin bilmədiyiniz 12 faydası Qanazlığı, şəkər, təzyiq...


Digərləri 13 Noy 2019 22:47:00 294 0

Əti əvəz edən göbələyin bilmədiyiniz 12 faydası  Qanazlığı, şəkər, təzyiq...

İnsanların bir çoxu meşəyə gedən zaman göbələk toplamaqdan ləzzət alırlar. Ancaq göbələyi tanımaq mühüm məsələdir. Göbələyin təxminən 38 min növü vardır. Onların bəzisi zəhərli və bəzisi zəhərsizdir. Göbələyin müxtəlif formalı və müxtəlif rəngli çeşidləri var. Göbələk çox ləzzətli tərəvəzdir.

Son.az medicina.az-a istinadən bildirir ki, yunanlar qədim zamanlarda belə düşünürdülər ki, göbələk döyüş meydanına gedən döyüşçülərə xüsusi güc verir. Ona görə də ondan ancaq bayram günlərində istifadə edərdilər. Çinlilər isə ondan dəyərli bir ərzaq kimi istifadə edərdilər.

Yeməklərə ləzzət qatan, vitamin anbarı hesab olunan göbələyin sağlamlığa olan faydaları saymaqla bitmir.

-Göbələklər xərçəng xəstəliyinin qarşısını alır və qan damarlarına elastiklik bəxş edir.   - Göbələyin tərkibində 80-90 faiz su vardır. Ona görə kalorisi çox azdır. Arıqlamaq istəyənlər üçün münasib qidadır.

-Bədəninizin müqavimətini artıran göbələk bir çox xəstəliyə dayanıqlı olmanızı təmin edən və sizi bu xəstəliklərdən qoruyan bir qida növüdür. İçində heç bir yağ və xolesterol saxlamayan, tərkibi zülal, lif, vitamin, mineral və su baxımından zəngin olan göbələk diabetli xəstələr üçün ideal bir qidadır.

-Təbii insulin və ferment saxlama qabiliyyəti baxımından qan şəkərini tənzimləməyə kömək edir. Tərkibində saf zülal qaynağı olması və içində heç bir xolesterol və yağ olmaması baxımından ət yeməklərini əvəz edən ən sağlam qida hesab olunur. Həzm prosesi zamanı tərkibindəki liflər və fermentlər sayəsində zərərli xolesterinin səviyyəsinin düşməsinə yardımçı olur.

-Antioksidant baxımından zəngin olan göbələk həzmi asanlaşdırır. Tərkibində pensilinin bənzəri olan antibiotiklər mikroblarla və infeksiyalarla mübarizə aparır, mədə xəstəliklərinin müalicə olunmasına köməkçi olur. Tərkibində olan A, kompleks B və C vitaminləri həzm sistemini nizamlayır.

-Artıq çəkidən azad olmaq istəyənlər üçün göbələk uyğun qida növü hesab olunur. Tərkibində yağ olmayan,  həzmi asanlaşdıran və zülal baxımından zəngin olan göbələk artıq çəkidən azad olmaq istəyənlər üçün əhəmiyyətli bir qidadır.

(adsgarden = window.adsgarden || []).push({});