Qubada 55 yaşlı kişi evində dəm qazından boğulub öldü


Digərləri 13 Noy 2019 20:09:00 263 0

Qubada 55 yaşlı kişi evində dəm qazından boğulub öldü

Quba sakini evində dəm qazından boğulub ölüb.

Son.az Trend-ə istinadən bildirir ki, hadisə rayonun T.Əhmədov küçəsi 21 saylı evdə baş verib.

Həmin evdə yaşayan, 1964-cü il təvəllüdlü Cəbrayılov Mirzəbaba Əbülfəz oğlu gecə yuxuda olarkən kustar üsulla hazırlanmış sobadan dəm qazı evə dolub. Nəticədə M.Cəbrayılov qazdan boğularaq ölüb.

Onun meyiti gecə saatlarında oğlu tərəfindən aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.