Azərbaycanda mövcud nəqliyyat problemləri və onların həll yolları (FOTO)


Digərləri 13 Noy 2019 18:40:00 252 0

Azərbaycanda mövcud nəqliyyat problemləri və onların həll yolları (FOTO)

“Azərbaycanda nəqliyyatın dekarbonizasiyası” layihəsinin məqsədləri və planlaşdırılan tədbirlər barədə müvafiq tərəflərin məlumatlandırılması məqsədilə rəsmi açılış iclası keçirilib.

Bakı. “Azərbaycanda nəqliyyatın dekarbonizasiyası” layihəsinin məqsədləri və planlaşdırılan tədbirlər barədə müvafiq tərəflərin məlumatlandırılması məqsədilə rəsmi açılış iclası keçirilib. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Trend-ə verilən məlumata görə, Bakıda baş tutan görüşdə Beynəlxalq Nəqliyyat Forumu, həmçinin İqlim, Ətraf Mühit və Enerji üzrə “Wuppertal” İnstitunun nümayəndələri də qatılıblar. Eyni zamanda iclasda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyin müvafiq şöbə və qurumlarının, Energetika, Ekologiya və Təbii Sərvətlər Nazirliklərinin, Dövlət Statistika Komitəsinin, “Azərbaycan Dəmir Yolları” QSC-nin, SOCAR-ın, Bakı Mühəndislik, Azərbaycan Texniki Universitetlərinin nümayəndələri və UNDP-nin EU4Climate layihəsi üzrə nümayəndəsi iştirak edib. Beynəlxalq Nəqliyyat Forumu tərəfindən 2019-2022-ci illər ərzində keçiriləcək "İnkişaf etməkdə olan iqtisadiyyatlarda nəqliyyatın dekarbonizasiyası" adlı layihə Almaniyanın Ətraf Mühit, Təbiətin Mühafizəsi, Tikinti və Nüvə Təhlükəsizliyi üzrə Federal Nazirliyi tərəfindən maliyyələşdirilir. Məqsəd 4 ölkə - Azərbaycan, Argentina, Hindistan və Mərakeşdə iqlimlə bağlı hədəf və öhdəliklərin yerinə yetirilməsi üçün nəqliyyat sahəsində proqramların hazırlanmasına köməklik göstərilməsidir.