FHN-in idmançıları beynəlxalq yarışlarda mükafat qazanıblar (FOTO)


Digərləri 13 Noy 2019 17:41:00 221 0

FHN-in idmançıları beynəlxalq yarışlarda mükafat qazanıblar (FOTO)

İdmançımız 2020-ci ildə keçiriəcək Tokio Yay Olimpiya Oyunlarına vəsiqə qazanıb.

Bakı. 31 oktyabr 2019-cu il tarixində İtaliyanın Bari şəhərində parataekvondo üzrə sayca 8-ci Avropa çempionatı keçirilib. 18 ölkədən 250-dən çox idmançının mübarizə apardığı yarışda iştirak edən FHN-in İdman-sağlamlıq mərkəzinin əməkdaşı, 4 qat Dünya, 2 qat Avropa çempionu, prezident mükafatçısı parataekvondoçu Aynur Məmmədova yüksək nəticə göstərərək +58 kq çəki dərəcəsində bütün döyüşlərdə qalib gələrək yarışın qızıl medalına layiq görülüb. FHN-dən Trend-ə verilən məlumata görə, idmançımız 2020-ci ildə keçiriəcək Tokio Yay Olimpiya Oyunlarına vəsiqə qazanıb. 1-3 noyabr 2019-cu il tarixlərində Makedoniyanın Skope şəhərində keçirilən, 20 ölkədən 1400-dən çox idmançının iştirak etdiyi Karate Do Şotokan idman növü üzrə Avropa çempionatında iştirak edən FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin mütəxəssis xilasedicisi Gülnarə Əliyeva +55 kq çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. (adsgarden = window.adsgarden || []).push({}); 12 noyabr 2019-cu il tarixində FHN-in İdman-sağlamlıq mərkəzinin rəisi polkovnik Füzuli Musayev idmançıları qəbul edərək, onları qazandıqları naliyyətlərə görə təbrik edib, gələcək yarışlarda müvəffəqiyyətlər arzulayıb. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin