Sahil Babayev: "Bu il 934 şəhid ailəsinə və əlil şəxslərə mənzil veriləcək"


Digərləri 13 Noy 2019 17:39:00 266 0

Sahil Babayev: "Bu il 934 şəhid ailəsinə və əlil şəxslərə mənzil veriləcək"

"Azərbaycanda bütün imtiyazlı şəxslərin mənzillə təminatı yerli icra hakimiyyətlərinin səlahiyyətindədir. Yalnız 2014-cü ilə qədər mənzil növbəsinə duran Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzil təminatı Prezidentin müvafiq sərəncamı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılıb".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev parlamentdə çıxış edərkən deyib.

Nazir bildirib ki, 2014-cü ilin yanvarın 1-dək növbəyə duran şəxslərin siyahısı yerli icra hakimiyyətləri tərəfindən tutularaq nazirliyə təqdim edilib.