Qusarda toyda dava:


Digərləri 13 Noy 2019 16:34:00 329 0

Qusarda toyda dava:

Qusar rayonunda toyda dava olub.

Son.az Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Gican kəndində toy mərasimində baş verib.

Kənddə keçirilən toy mərasimində kənd sakini Əlimətov Gülməmməd Gülməd oğlu sərxoş vəziyyətdə həmkəndlisi,1971-ci il təvəllüdlü Xanbubayev Adil Sabir oğlu ilə mübahisə edib. Mübahisə dava ilə nəticələnib. G.Əlimətov A.Xanbubayevi yerə yıxaraq onu boğmaq istəyərkən A.Xanbabayev üzərində gəzdirdiyi bıçaqla ikinciyə 3 bıçaq zərbəsi endirib. Yaralı xəstəxanaya yerləşdirilib.