Cənubi Koreyada hərbi laboratoriya partladı:


Dünya 13 Noy 2019 15:43:00 284 0

Cənubi Koreyada hərbi laboratoriya partladı:

Cənubi Koreyanın paytaxtı Seulda Müdafiə İnstitutunun laboratoriyasında partlayış baş verib.

Son.az Trend-ə istinadən xəbər verir ki, hadisə nəticəsində bir əməkdaş həlak olub.

Daha beş nəfər xəsarət alıb. Partlayışdan sonra laboratoriyada yanğın başlayıb.

Yanğının söndürülməsi üçün 30 texnika və 120 yanğınsöndürən cəlb edilib.