“Vəzifəli adamların övladlarından yekəxanalıq öyrənmişəm”


Şou-biznes 13 Noy 2019 15:11:00 249 0

“Vəzifəli adamların övladlarından yekəxanalıq öyrənmişəm”

Müğənni İlqar Xəyal AzTV-də yayımlanan "Gün başladı" proqramında qonaq olub.

Son.az axşam.az-a istinadən bildirir ki, ifaçı veriliş zamanı dostluq münasibətlərindən söz açıb:

"Bəzi insanlar var ki, mənfəət güddükləri insana salam verirlər. Yaxud düşünürlər ki, həmin insanla ünsiyyətdə olsalar onun vasitəsilə hansısa vəzifəyə yüksələ bilərlər. Çalışırlar ki, prestijli insanların əhatəsində yaşasınlar. Dostlarım həmişə sadə insanlar olub. Adlı-sanlı, vəzifəli şəxslərin övladlarından həmişə kənar gəzmişəm. Onlardan öyrənəcəyim yekəxanalıqdan başqa heç nə olmayıb. Yalnız sədaqətli, səmimi insanlarla münasibət qurmuşam. Bu, şəxsi və sənət həyatımda da belə olub".

Sənətçi musiqi sahəsindəki kommersiya mahnıları barədə də danışıb: