Qalxanabənzər vəz xəstəlikləri və onların profilaktikası


Digərləri 13 Noy 2019 11:42:00 59 0

Qalxanabənzər vəz xəstəlikləri və onların profilaktikası

Bizim aktiv həyat fəaliyyətimizin və xoş əhval-ruhiyyəmizin əsasını öz arzularımızı və emosiyalarımızı idarə etməyimiz təşkil edir.

Bu xəbəri də oxu: Bərdədə 3 otaqlı ev yanıb

Bakı. Bizim aktiv həyat fəaliyyətimizin və xoş əhval-ruhiyyəmizin əsasını öz arzularımızı və emosiyalarımızı idarə etməyimiz təşkil edir. Lakin ümumi rifahımızda fiziki sağlamlığımızın da rolunu unutmamalıyıq. Bunun əyani nümunəsi – qalxanabənzər vəzin işindəki pozğunluqlardır və bunlar peşəsindən, cinsindən, yaşından və həyat tərzindən asılı olmayaraq insanların öyrəşdikləri həyatı alt-üst edə bilər. Ona görə də, bu orqanın necə qurulduğunu və yaratdığı xəstəliklərin ilkin əlamətlərini bilmək hər birimiz üçün faydalı olardı. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, planetimizin hər onuncu sakinində qalxanabənzər vəz xəstəliyi var. Ekspertlər qeyd edirlər ki, ildən-ilə endemik zob, hipotireoz və qalxanabənzər vəzin digər xəstəlikləri artmaqdadır. Bunun səbəbləri – düzgün olmayan qidalanma, ekoloji vəziyyət, irsi amillərin təsiridir. Müsahibimiz Mərkəzi Gömrük Hospitalının endokrinoloqu Dr. Şəbnəm Alıyevadır. O, qalxanabənzər vəz xəstəlikləri haqqında suallarımızı cavablandırır. -Doktor, hazırda qalxanabənzər vəz xəstəliklərinə nə dərəcədə rast gəlinir? -Bu gün endokrin orqanların patologiyası arasında qalxanabənzər vəz xəstəlikləri rast gəlmə tezliyinə görə şəkərli diabetdən sonra ikinci yeri tutur. Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə dünyada qalxanabənzər vəz patologiyası ilə 200 mln-dan çox şəxs əziyyət çəkir. Bu orqanın patologiyası ilə xəstələrin qadınlar və kişilər arasında nisbəti 1:10-1:17 təşkil edir. -Onlardan ən geniş yayılmış xəstəliklər hansılardır? -Qalxanabənzər vəzin daha çox yayılmış xəstəlikləri yod çatışmazlığı nəticəsində yaranan endemik ur və müxtəlif etiologiyalı hipotireozlərdir. -Qalxanabənzər vəz xəstəlikləri orqanizmdə hansı fəsadlara yol açır? Qalxanabənzər vəzin hər xəstəliyi özünəməxsus fəsadlar yaradır. Hipotireoz orqanizmdə metabolik prosesləri zəiflədir və ürək, qan-damar sistemində, həzm sistemində ciddi dəyişikliklər törədir. Həmçinin, saç tökülməsi, dırnaqlarda kövrəklik, dəridə quruluq, halsızlıq, yorğunluq, bədən kütləsinin artması, bədən temperaturunun aşağı düşməsi, soyuğa davamsızlıq, yuxululuq, süstlük, depressiv hallar, oynaqlarda ağrılar, yaddaşın zəifləməsi müşahidə olunur. Tireotoksikoz (qalxanabənzər vəz hormonlarının artıq miqdarda sekresiya olunması) – sinir sisteminin həssaslığının artması, oyanıqlıq, əsəbilik, ağlağanlıq, səbirsizlik, bədən temperaturunun artması, tərləmə, arıqlama, gözlərdə bərəlmə, ürək, qan-damar sisteminində dəyişikliklər: ürəkdöyünmənin artması, aritmiya, arterial hipertenziya, bədəndə və əllərdə əsmə, yuxusuzluq, ishal kimi əlamətlərlə özünü göstərir. -Qalxanabənzər vəzin müayinəsi nə zaman məsləhət olunur? -Əgər yuxarıda qeyd olunan simptomlar varsa, qanda qalxanabənzər vəzin hormonları (TSH, fT4, fT3, ehtiyac olarsa antiTPO, antiTQ, TRAb) mütləq yoxlanmalıdır və USM olunmalıdır. -Qalxanabənzər vəz xəstəliklərində cərrahi müdaxilə hansı hallarda göstərişdir? -Cərrahi müdaxilə aşağıdakı hallarda olunur: qalxanabənzər vəz xərçəngi; ətraf toxuma və orqanları sıxan, döş sümüyü arxasına sirayət edən, kosmetik defekt və ya funksional avtonomiya yaradan düyünlü ur; konservativ müalicə effektsiz və mümkünsüz olan tireotoksikozlar. -Deyirlər ki, endokrin patologiyalı xəstələrə yalnız hormon müalicəsi təyin olunur, bu doğrudurmu? (adsgarden = window.adsgarden || []).push({}); -Xeyr, bu tamamilə yanlış fikirdir. Hormonal müalicə orqanizmin öz hormonları lazımi səviyyədə sekresiya olunmadıqda təyin olunur. Məsələn, hipotireoz xəstəliyində levotiroksinlə müalicə təyin olunur. -Qalxanabənzər vəz xəstəlikləri mayalanma prosesinə və hamiləliyin gedişatına maneə törədə bilərmi? -Bəli, maneə ola bilər. Bu əsasən hipotireoz xəstəliyində baş verir. Buna görə də hamiləlik planlaşdıran bütün qadınlara tireoid hormonlarını yoxlamaq məsləhət olunur. Bunu da vurğulamaq lazımdır ki, hamilə qadınlarda TSH norması digər şəxslərlə müqayisədə fərqlənir. -Qalxanabənzər vəzin bütün problemləri yod defisiti ilə əlaqədardır, bu nə dərəcədə doğru fikirdir? -Bu heç də doğru fikir deyil. Yod çatışmazlığı bir xəstəliyə gətirib çıxara bilər, o da endemik urdur. Bu xəstəlik qalxanabənzər vəzin ölçülərinin böyüməsi, strukturunun dəyişməsi ilə müşayiət olunur (əsasən qanda hormonlar normal olur). -Qalxanabənzər vəzin funksiyasının pozulmasını dirsəklərə baxaraq təyin etmək mümkündür? -Əgər dirsəklərdə dəri həddən artıq quru və coddursa, onda hipotireoza şübhə yarana bilər və qalxanabənzər vəzin hormonal funksiyası yoxlanmalıdır. -Sonda izləyicilərimizə nə demək istərdiniz? Özlərini xəstəliklərdən qorumaq üçün nə etməlidirlər? -İstənilən xəstəliyin səbəbi passiv həyat tərzi, hərəkətsizlik, düzgün olmayan qidalanma, pis vərdişlərdir. Sağlam qalmaq istəyirsinizsə, bütün bunlara əməl edin, siqaretdən, alkoqollu və enerjili içkilərdən uzaq durun, təbiətdə çox olun, çox gəzin. Hamınıza sağlam həyat və könül xoşluğu arzulayıram. -Ətraflı müsahibəyə görə təşəkkür edirik. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin
“İmadəddin Nəsimi  40 qəzəl” like
  • 13 Noy 11:37  
Digərləri “İmadəddin Nəsimi 40 qəzəl”

"Kitab Evi" İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti

arrow Ətraflı
Bakıda küçədə avtomobillərə və sakinlərə hücum edən şəxslər saxlanıldı like
  • 13 Noy 11:34  
Digərləri Bakıda küçədə avtomobillərə və sakinlərə hücum edən şəxslər saxlanıldı

Sosial şəbəkələrdə yayılan videogörüntülərdə yolu bağlayaraq oradan

arrow Ətraflı
İcra başçılarına göstəriş: "Xalqa ləyaqətlə xidmət edin!” like
  • 13 Noy 11:33  
Siyasət İcra başçılarına göstəriş: "Xalqa ləyaqətlə xidmət edin!”

Ölkəmizdə kadr islahatları davam edir. Kadr islahatları ümumi islahatları

arrow Ətraflı
İlin sonuna kimi 19 müavinət və təqaüd növü üzrə təyinat mexanizmi elektronlaşdırılacaq like
  • 13 Noy 11:30  
Digərləri İlin sonuna kimi 19 müavinət və təqaüd növü üzrə təyinat mexanizmi elektronlaşdırılacaq

Bu ilin sonuna kimi ümumilikdə 19 müavinət və təqaüd növü üzrə təyin

arrow Ətraflı
Uşaqlarını öldürən valideynlərlə bağlı dəhşətli fakt üzə çıxdı like
  • 13 Noy 11:28  
Dünya Uşaqlarını öldürən valideynlərlə bağlı dəhşətli fakt üzə çıxdı

Uşaqlarını öldürməyə çalışan cütlük bacı-qardaş çıxıb.

arrow Ətraflı
Nazir daha 2 direktoru işdən qovdu like
  • 13 Noy 11:24  
Digərləri Nazir daha 2 direktoru işdən qovdu

Şəmkir və Tovuz Dövlət Aqrar İnkişaf Mərkəzlərinin direktorları işd

arrow Ətraflı
Axtarışda olan 30 nəfər eyni gündə tutuldu like
  • 13 Noy 11:20  
Digərləri Axtarışda olan 30 nəfər eyni gündə tutuldu

Noyabrın 12-dən 13-dək daxili işlər orqanlarında qeydə alınmış cinayə

arrow Ətraflı
Bakıda qapalı avtobus dayanacaqları yaradıla bilər like
  • 13 Noy 11:19  
Digərləri Bakıda qapalı avtobus dayanacaqları yaradıla bilər

Bakıda 300-ə yaxın yeni avtobus dayanacaqları quraşdırılaraq istifadəyə

arrow Ətraflı
Azərbaycan UNESKOnun Baş Konfransının 40cı sessiyasının vitseprezidenti seçilib like
  • 13 Noy 11:15  
Siyasət Azərbaycan UNESKOnun Baş Konfransının 40cı sessiyasının vitseprezidenti seçilib

Parisdə UNESKO-nun Baş Konfransının 40-cı sessiyasının prezidenti və vit

arrow Ətraflı
BNA əməkdaşları halı pisləşən qadına kömək etdi like
  • 13 Noy 11:15  
Digərləri BNA əməkdaşları halı pisləşən qadına kömək etdi

Bu gün səhər metronun “Koroğlu” stansiyası yaxınlığında halı pisl

arrow Ətraflı
Oktyabrda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə 384 vətəndaş müraciəti daxil olub like
  • 13 Noy 11:09  
Digərləri Oktyabrda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə 384 vətəndaş müraciəti daxil olub

2019-cu ilin oktyabr ayı ərzində İcbari Tibbi Sığorta üzrə Dövlət Agen

arrow Ətraflı
Vitseprezident AMEAda islahatlar barədə: "Artıq qurumların ləğvi və ixtisarlar gözlənilir" like
  • 13 Noy 11:06  
Digərləri Vitseprezident AMEAda islahatlar barədə: "Artıq qurumların ləğvi və ixtisarlar gözlənilir"

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) artıq qurumların ləğv olunm

arrow Ətraflı
Bakı meri Sabunçu sakinlərinin problemlərinin həlli istiqamətində tapşırıqlar verib (FOTO) like
  • 13 Noy 11:05  
Digərləri Bakı meri Sabunçu sakinlərinin problemlərinin həlli istiqamətində tapşırıqlar verib (FOTO)

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun Sabunçu rayonu

arrow Ətraflı