Veysəloğlu Şirkətlər Qrupu növbəti yeniliyə imza atdı (FOTO)


Digərləri 13 Noy 2019 11:47:00 257 0

Veysəloğlu Şirkətlər Qrupu növbəti yeniliyə imza atdı (FOTO)

Veysəloğlu Şirkətlər Qrupu Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) və Almaniya İnvestisiya və İnkişaf Təşkilatı (DEG) ilə növbəti yeniliyə imza atdı

Bakı. Veysəloğlu Şirkətlər Qrupuna daxil olan, Azərbaycanın ən böyük supermarket şəbəkəsi olan “Araz” satış və logistika imkanlarını genişləndirmək niyyətindədir. Bu məqsədlə (Avropa Yenidənqurma və İnkişaf Bankı) AYİB regional rəhbərləri, Matteo Patrone və Catarina Bjorlin Hansen şirkəti ziyarət edərək Veysəloğlu Şirkətlər Qrupununun rəhbərliyi ilə görüş keçirib. Layihənin maliyyələşdirilməsi üçün Avropa Yenidənqurma və İnkişaf Bankı və Almaniya İnvestisiya və İnkişaf Təşkilatı hər biri ayrı-ayrılıqda 5 milyon avro olmaqla 10 milyon avro dəyərində kredit ayırıb. Qeyd edək ki, Araz supermarketlər şəbəkəsinin 125 mağazası fəaliyyət göstərir. Bunlardan 109-u Araz, 13-ü Spar və 3-ü isə Favorit marketləridir. Bu sərmayə ilə şirkət paylama mərkəzini genişləndirməyi və logistik infrastrukturunu 3 dəfədən çox artırmağı planlaşdırır. Həmçinin quraşdırılacaq yeni texnologiyalar təzə və dondurulmuş kənd təsərrüfatı məhsullarının saxlanılması üçün nəzərdə tutulub. Bu layihənin həyata keçirilməsi eyni zamanda tədarük zəncirinin efektiv idarə edilməsinə, dövriyyə kapitalını yaxşılaşdırmaqla ümumi məhsuldarlığın və mənfəətin artırılmasına köməklik göstərəcəkdir.