Azərbaycanlı hakimə UEFA-dan təyinat


Digərləri 13 Noy 2019 10:14:00 299 0

Azərbaycanlı hakimə UEFA-dan təyinat

Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev təyinat alıb.

Bakı. Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev təyinat alıb. Trend-in məlumatına görə, o, 19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin VIII qrupunda keçiriləcək oyunların hakim-inspektoru olacaq. Bu qrupda Fransa, Danimarka, Finlandiya və Farer adalarının yığma komandaları mübarizə aparacaq. Oyunlar noyabrın 13-dən 19-dək Danimarkada keçiriləcək.