Ağ Ev Trampın Makronla nə danışdığını açıqladı


Dünya 13 Noy 2019 09:16:00 359 0

Ağ Ev Trampın Makronla nə danışdığını açıqladı

ABŞ prezidenti Donald Tramp və fransalı həmkarı Emmanuel Makron telefon danışığı zamanı Suriya, İran, ticarət məsələlərini, həmçinin 3-4 dekabrda Londonda keçiriləcək "NATO" sammitini müzakirə ediblər. Bu barədə çərşənbə axşamı Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, Makron "Twitter"də Tramp ilə "NATO" zirvəsindən əvvəl görüşəcəyini bildirdi.