Günün qoroskopu: qeyridəqiqliklər, qarışıqlıq sizi özünüzdən çıxarır, bütün suallarınıza cavab tapmaq istəyirsiniz


Digərləri 13 Noy 2019 00:01:00 288 0

Günün qoroskopu: qeyridəqiqliklər, qarışıqlıq sizi özünüzdən çıxarır, bütün suallarınıza cavab tapmaq istəyirsiniz

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Qoç - həll etməli olduğunuz məsələlər sizə maraqlı gəlir və böyük entuziazmla işə girişirsiniz. Vaxtınızı boşa vermir və buna görə də çox şeyə nail olursunuz. Yaradıcı münasibət, qeyri-standart yanaşma tələb edən yeni layihələrə başlamaq olar. Bu gün başqalarının indiyədək bilmədikləri xüsusiyyətləriniz üzə çıxacaq. Çoxlarını təəccübləndirəcəksiniz. İctimai və siyasi işlərə marağınız artır, müvafiq tədbirlərdə iştirak edə bilərsiniz. Enerjiniz çoxdur, yorğunluq hiss etməyəcəksiniz.

Buğa - məhsuldar və maraqlı gündür. İşləriniz çox olmasa da, yorulmaq bilmirsiniz, planlaşdırdığınız hər işi görüb qurtara bilərsiniz. Yeni ideyalarınızı reallaşdırmağı bir qədər sonraya saxlayın, daha yaxşı məqamı gözləyin. Tezliklə çox nüfuzlu bir adam sizə öz dəstəyini təklif edəcək.   Başqalarının işlərinə qarışmaq həvəsiniz güclüdür. Nəzakət qaydalarını aşmayın, sizin üçün çox dəyərli bir insanın qəlbini qıra bilərsiniz. Pul ala bilərsiniz, elə də böyük məbləğdə olmasa da, əlinizdən tutacaq.

Əkizlər - yalnız entuziazm və qətiyyət sayəsində uğur qazana bilərsiniz. Hətta şərait imkan verməsə belə, siz məqsədinizə doğru gedir və hamının təəccübünə rəğmən, ona çatırsınız. Nüfuzlu bir şəxin dəstəyini qazana bilərsiniz. Maraqlı tanışlıqlar mümkündür. Bu gün başlanan münasibətlər sizin üçün gözlənilməz olan bir məcrada davam edəcək. İntuisiyanıza güvənin, necə hərəkət etmək lazım olduğunu daxili səsinizə etibar edin. Axşam dəyərli hədiyyə ala bilərsiniz.

Xərçəng - layihələrinizin uğurlu olacağına şübhə etməyin - bu gün uğur sizindir. Şərait ən pis məcrada dəyişsə də, hətta tərəfdaşlarınız da sizə dəstək verməkdən imtina etsələr də, öz istədiyinizə çatacaqsınız. Güzəştə getməyə hazırlığınız sayəsində yaxınlarınızla yaxşı münasibətləri qoruyub saxlaya, boş şeylər üstündə mübahisələrdən qaça biləcəksiniz. Günorta özünüz üçün vaxt ayırın, müsbət emosiyalar almağa çalışın. Axşam başağrısı və yuxusuzluqdan əziyyət çəkə bilərsiniz. Spirtli içkilərdən uzaq durun.

Şir - sakit və mehriban ünsiyyət günüdür. Sərt məsələləri, fikir ayrılıqları yarada biləcək mövzuları müzakirə etməməyə çalışın. Bu gün öhdənizə sülhyaratma missiyası düşür, başqalarının həyatını asan və xoş etməlisiniz. İşdə ciddi nailiyyət əldə etməyiniz şübhə doğurur, ancaq buna rəğmən tezliklə sizə karyera pillələlərilə qalxmağa kömək edəcək bir insanın dəstəyini qazanacaqsınız. Yaxınlarınızla dil tapmaq asandır. Sevgiliniz də bu gün sözünüzü dinləyir. Axşamı evdə keçirməməyə çalışın.

Qız - qətiyyətli və məqsədyönlüsünüz. Bu yaxşıdır. Çünki qarşınıza qoyduğunuz məqsədlərə çatmaq elə də asan deyil. Kimsə sizin mənəvi tarazlığınızı pozmaq, adamların içində əsib-coşmağınız üçün əlindən gələni edəcək. Heç olmasa, üzdən özünüzü sakit göstərməyə çalışın, əks halda nüfuzunuz yerlə bir olacaq. Qadınlarla dil tapmaq bu gün daha asandır, nəinki kişilərlə. Ancaq bəzən xanımlar da sizinlə xoş olmayan zarafat etməyə çalışırlar. Belə bir şəraitdə yaxın adamınızın dəstəyi lap yerinə düşər.

(adsgarden = window.adsgarden || []).push({});