Yeni MercedesMaybach qiymətinə 30illik SClass satılır FOTO


Digərləri 12 Noy 2019 22:30:00 314 0

Yeni MercedesMaybach qiymətinə 30illik SClass satılır  FOTO

Xatırlayırsınız isə, bir müddət bundan öncə Madeyra adasında yaşayan şəxs klassik Mercedes-Benz 280 SE sedanını satışa çıxarmışdı. Bu günlərdə yenə həmin adadan Mobile.de satış portalına maraqlı bir təklif daxil olub. Bu dəfə madeyralı şəxs 150 min avro qarşılığında sahib olduğu W126 kuzovunda olan tamamilə yeni Mercedes-Benz S-Class sedanından ayrılmağa hazır olduğunu bildirib.

Təklif edilən sedan bu günə qədər qeydiyyatdan keçməyib və quru qarajda saxlanılıb. Əslində avtomobil üçün tələb edilən məbləğ kifayət qədər yüksəkdir. Məsələn, bu gün Almaniyada 143 min avroya yeni Mercedes-Maybach S 560 sedanını əldə etmək olar.

Son.az autograph.az-a istinadən bildirir ki, avtomobilin sahibi onun tam saz olduğunu, eyni zamanda, avtomobilin üzərində 1986-cı ilin birkalarının və orijinal sənədlərinin də verildiyini bildirib. Mercedes-Benz 560 SEL modeli zəngin təchizata malikdir. Sedan ABS, sürücünün təhlükəsizlik yastığı, sükan gücləndiricisi, kondisioner, fənər yuyucuları, lyuk, elektrik şüşəqaldıranlar, dəri salon və yüngül lehimli disklər ilə təchiz edilib.

(adsgarden = window.adsgarden || []).push({});