Toyota yeni konseptini təqdim etdi


Digərləri 12 Noy 2019 22:15:00 285 0

Toyota yeni konseptini təqdim etdi

Yapon avtomobil nəhəngi Toyota SEMA sərgisində 3000GT Concept adlı yeni konseptini təqdim edib.

Son.az ted.az-a istinadən bildirir ki, prototip Supra-nın məşhur idman modelinin əsasında hazırlanıb. Unikal konseptin yaradıcıları TRD 3000GT-in 1994-cü ildə göstərilən nadir nümunəsinə əsaslanırıblar. Oxşar xüsusiyyətlər kapotun quruluşunda, yan ətəkləri və kuzovun digər detallarında qeyd olunur. Bundan əlavə, model indi 19 düymlük təkərlərə malikdir.

Texniki xüsusiyyətlərdən 340 at gücündə olan 3 litrlik motoru qeyd etmək lazımdır. İdman avtomobili 8 pilləli avtomatik transmissiya ilə hərəkət edir.

(adsgarden = window.adsgarden || []).push({});