CloudKitchens 400 milyon dollar investisiya aldı


Digərləri 12 Noy 2019 21:40:00 256 0

CloudKitchens 400 milyon dollar investisiya aldı

Uber şirkətinin təsisçisi və keçmiş CEO-su olan Travis Kalanick-in CloudKitchens adlı startapı Səudiyyə Ərəbistanın milli rifah fondundan (PIF) 400 milyon dollar investisiya cəlb edib. Nəticədə startapın bazar dəyəri 5 milyard dollar təşkil edib. Bu barədə

Son.az technote.az-a istinadən bildirir ki, CloudKitchens və PIF arasındakı bu müqavilə üzrə müzakirələr hələ 2018-ci ilin yaz fəslindən bəri gedirdi. Lakin sözügedən müqavilə yalnız bu ilin yanvar ayında bağlanılıb.

Bundan öncə Kalanick yeni startapına öz cibindən vəsait yatırmışdı. Söhbət, 200 milyon dollardan gedir. O bu vəsaiti Uber səhmlərinin satılmasından əldə etmişdi. Məlumata əsasən bu ilin yanvar ayında Kalanick öz startapına əlavə 100 milyon dollar investisiya yatırmışdı. PIF isə bu məsələ ilə bağlı fikir bildirməkdən imtina edib. Qeyd etmək lazımdır ki, CludKitchens restoranlar üçün yalnız çatdırılma üzrə fəaliyyət göstərən mətbəxlərin inşa edilməsi ilə məşğuldur.

(adsgarden = window.adsgarden || []).push({});