Bağçada 50dən çox uşaq kəskin qoxulu maddədən zəhərləndi


Dünya 12 Noy 2019 19:48:00 300 0

Bağçada 50dən çox uşaq kəskin qoxulu maddədən zəhərləndi

Çinin cənub-qərbindəki Yunnan əyalətində uşaq bağçasına hücum olub.

Son.az Trend-ə istinadən bildirir ki, 23 yaşlı şəxs binaya soxularaq kəskin qoxulu maddə püskürdüb.

İnsident nəticəsində 51 uşaq zəhərlənib. İki nəfər ciddi xəsarət alsa da, onların həyatına təhlükə olmadığı deyilir.