Azərbaycanla ABŞ arasında nəqliyyat və İKT sahəsində əməkdaşlıq müzakirə edilib


Digərləri 12 Noy 2019 19:23:00 281 0

Azərbaycanla ABŞ arasında nəqliyyat və İKT sahəsində əməkdaşlıq müzakirə edilib

Ramin Quluzadə Dünya Dini Liderlərinin II Sammitində iştirak etmək üçün ölkəmizə səfərə gələn ABŞ nümayəndə heyətini qəbul edib.

Bakı. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə ilə Bakıda keçiriləcək Dünya Dini Liderlərinin II Sammitində iştirak etmək üçün ölkəmizə səfərə gələn ABŞ-ın 5 qərb ştatının seçkili orqanlarını təmsil edən nüfuzlu üzvlərdən ibarət nümayəndə heyəti arasında görüş keçirilib. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Trend-ə verilən məlumata görə, nazirlikdə baş tutan görüşdə ABŞ-ın ölkəmizdəki səfirliyi ilə nazirlik arasında telekommunikasiya, informasiya texnologiyaları, startaplar, innovasiyalar, yüksək texnologiyalar sahələrində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb. Nümayəndə heyəti görüş çərçivəsində nəqliyyat və İKT sahəsində, eyni zamanda ikitərəfli münasibətlərin inkişafı və müxtəlif sahələr üzrə potensial əməkdaşlıq haqqında da danışıblar.