Azərbaycanı təmsil edən komanda Ukraynada kubok aldı


Digərləri 12 Noy 2019 18:20:00 228 0

Azərbaycanı təmsil edən komanda Ukraynada kubok aldı

Noyabrın 9-da Ukraynanın paytaxtı Kiyevdə Liqa Smexa Qış Kuboku keçirilib. "Liqa Smexa" yarışmasında Azərbaycanı təmsil edən yeganə "Как по Маслу" komandası 2019-cu il Liqa Smexa mövsümünün ən yaxşı səhnəciyinə görə kubok almışdır.

Son.az xəbər verir ki, bu kubok Azərbaycan yumorunun şanlı tarixinə düşəcək, çünki Azərbaycanın bu yarışmada qazandığı ilk kubokdur. Xatırladaq ki, "Как по Маслу" komandası Azərbaycanı beynəlxalq yumor arenada təmsil edən yeganə komandadır.

Komandanın kapitanı Cavid Şahbazbəyov bu hadisəni belə şərh etdi: Komandamız hər bir üzvü yüksən nəticə əldə etmək üçün əlinnən gələni etdi və bu kollektiv işinin bir nümunəsidir.

Biz Liqa Smexa rəhbərliyinə, başda Naum İosifoviç Barulya, redaktorlarımız Andrey Petroviç Çivurin və Çingiz Mazinova bizə göstərdikləri qayğı və diqqətə görə minnətdarıq. Komandamızın gələcəyi və inkişafı ilə bağlı nikbinik.

(adsgarden = window.adsgarden || []).push({});