2019cu ilin Ən yaxşı kameraya malik telefonu və Ən yaxşı qiymətli smartfonu: İki "TechRadar" Mobil Seçim İstehlakçı Mükafatını "Huawei" qazandı


Digərləri 12 Noy 2019 17:50:00 377 0

2019cu ilin Ən yaxşı kameraya malik telefonu və Ən yaxşı qiymətli smartfonu: İki "TechRadar" Mobil Seçim İstehlakçı Mükafatını "Huawei" qazandı

"Huawei" İstehlakçı Biznes Qrupu (İBQ) hər il London "Cafe de Paris"-də keçirilən "TechRadar" Mobil Seçim İstehlakçı Mükafatları (MSİM) 2019-da iki nüfuzlu mükafata layiq görüldü.

Namizədlərin "TechRadar"-ın münsiflərdən ibarət ekspert qrupu tərəfindən seçildiyi illik istehlak sorğusunun bir hissəsi, istehlakçılar onların seçiminə və "TechRadar" MSİM mükafatının nüfuzlu qalibinə çevrilməyə layiq olduğunu hiss etdikləri şəbəkə və ya cihaza səs verməyə dəvət olunurlar.

19-cu tədbirdə gecənin aparıcıları "Huawei"-in mobil fotoqrafiyada liderliyini təsdiqləyən və istehlakçıların smartfonları üstün xüsusiyyətlərlə cəlbedici bir qiymətə ala biləcəyini sübut edən HUAWEI P30 Pro-nu Ən yaxşı kameraya malik telefon, HUAWEI P smart 2019-u isə Ən yaxşı qiymətli telefon (200 funt-sterlinqdən aşağı) elan etdilər.

Gecədə HUAWEI P smart 2019-u elan edərkən ev sahibləri əlavə etdi: "HUAWEI P smart 2019 inanılmaz bir qiymətə gözəl dizayn və geniş saxlama həcminə görə münsiflərimiz tərəfindən təqdir edilmişdir".

Bundan qısa müddət sonra HUAWEI P30 Pro-nun qalib elan olunduğu Ən yaxşı kameraya malik telefon kateqoriyasına keçildi. "Huawei" öz mükafatını götürərkən ev sahibləri çıxışa davam etdi: "Bir telefonda dörd kameranın olmasının çox incə bir mexanizm olduğunu düşünə bilərsiniz; amma "Huawei" bu texnologiya ilə parlaq bir kamera düzəldə biləcəyini göstərmiş və şəkillərinin aydınlığı və zənginliyi ilə münsiflərimizi heyran edən bir telefon təqdim etmişdir".

Bu "TechRadar" Mobil Seçim İstehlakçı Mükafatı öz markasının şöhrətini davam etdirən 2018-ci ildə üç "TechRadar" Mobil Seçim Mükafatı (İlin istehsalçısı, İlin telefonu, Ən yaxşı kameraya malik telefon) qazanmış "Huawei"-ə verilir. "Huawei" həmçinin 2017-ci ildə iki mükafat (Ən yaxşı orta bazar qiymətli telefon, Diqqətə layiq), 2016-cı ildə isə bir mükafat (Ən yaxşı kameraya malik telefon) qazanmışdır.

"İstehlakçılar və "TechRadar"-ın texnologiya mütəxəssisləri tərəfindən tanınmağımızdan şərəf duyuruq və HUAWEI P seriyası cihazları üçün iki mükafat almağımıza məmnunuq. "Huawei" innovativ və güclü texnologiyaları ilə smartfon kamerası imkanlarının hüdudlarını aşaraq istehlakçılara yeni və təkmilləşdirilmiş smartfon fotoqrafiyası təcrübələrini təqdim etmək niyyətindədir" - deyə, "Huawei" İstehlakçı Biznes Qrupunun Mobil telefon işləri üzrə vitse-prezidenti Li Changzhu bildirdi.

(adsgarden = window.adsgarden || []).push({});