Bayram günlərində BakıGəncə sürət qatarı ilə 2389 sərnişin daşınıb


Digərləri 12 Noy 2019 17:59:00 305 0

Bayram günlərində BakıGəncə sürət qatarı ilə 2389 sərnişin daşınıb

Bayram günlərində adi iş günlərinə nisbətən dəmir yolu ilə daşınan sərnişinlərin sayı iki dəfə çox olub.

Bu barədə Son.az-a "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətindən bildiriblər.

Məlumatda qeyd olunur ki, Dövlət Bayrağı Günü ərəfəsində Bakı-Gəncə-Bakı istiqamətində sərnişinlərin daşınmasına artan təlabatı təmin etmək məqsədilə, noyabrın 9-da bir istiqamətə, noyabrın 11-də isə hər iki istiqamətə olmaqla, əlavə qatar təyin edilib: