Fransada zəlzələ:


Dünya 12 Noy 2019 17:27:00 251 0

Fransada zəlzələ:

Noyabrın 11-də Fransanın cənub-şərqindəki Le Tay bölgəsində 5,4 bal gücündə zəlzələ baş verib. 

Son.az oxu.az-a istinadən xəbər verir ki, Episentri Montelimar şəhərində baş verən zəlzələ nəticəsində 30 ev tamamilə dağılıb, 250 evə ciddi ziyan dəyib.

Zəlzələ cəmi on saniyə davam edib. Zəlzələnin təsiri Lion, Montpellier, Aviqnon bölgələrində də hiss olunub. 

Ardeçe prefekturasında isə üç qurbanın olduğu bildirilir.